Avtobusdakı sərnişinlər ölümdən qurtuldar: yolda dəlik yarandı - VİDEO
28.03.2017 965 0.0 0

Şəhərdə avtobusda olan 21 sərnişin, sadəcə, təsadüf və sürücünün məharəti sayəsində sağ qalıblar.

Çünki yolda qəflətən iri dəlik yaranıb.

Milli.Az People's Daily Online-a istinadən bildirir ki, olay Çinin Quansi vilayətindəki Nanyin şəhərində, Szinan-roud küçəsində yaşanıb.

21 sərnişin olduğu avtobus mərkəzi küçə ilə sürətlə hərəkət edirdi. Bu zaman küçədə qəflətən iri dəlik yaranıb. Dəliyin eni 3 metr, dərinliyi 3,2 metr idi.

Avtobusun sürücüsü sayıq davranıb və nəqliyyat vasitəsini dəlikdən bir qədər öndə saxlayıb.

Bununla da o, faciənin qarşısını alıb.

Avtobusun hərəkət etdiyi zolaq təmir üçün bağlanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar