Avstriyada qapalı məkanlarda məcburi tibbi maska tələbi yenidən tətbiq edilir
19.03.2022 411 0.0 0

Avstriyada gələn həftə məcburi maska ​​rejimi koronavirusun yayılması ilə əlaqədar yenidən tətbiq olunacaq.

TASS-a istinadən xəbər verilir ki, bu barədə ölkənin səhiyyə naziri Yohannes Rauç bildirib.

Belə ki, Avstriyada martın ortalarında hər gün 50 mindən çox yeni koronavirusa yoluxma halı qeydə alınmağa başlayıb.

Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyinin bütün qapalı yerlərdə maska tələbi ilə müvafiq qərarı gələn həftənin ortalarında hazırlanacaq.

Fevralın 19-da Avstriya koronavirus məhdudiyyətlərini ləğv etməyə başlayıb. Martın 5-dən etibarən peyvənd və ya COVID-19 sertifikatı təqdim edilmədən müəssisələrə baş çəkməklə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Maska rejimi yalnız supermarketlərdə, apteklərdə, banklarda, poçt şöbələrində məcburi olaraq qalıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar