Avropada təbii qazın qiyməti 2,8 % artıb
23.02.2022 306 0.0 0

Avropada təbii qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarını ötüb.

Londonun ICE birjasına istinadən xəbər verilir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 960,6 ABŞ dolları səviyyəsinədək yüksəlib.

Günün əvvəlindən qazın ümumi qiymət artımı, təxminən, 2,8 %-i təşkil edir.

Daha əvvəl Almaniyanın kansleri Olaf Şolts Rusiyanın “LXR” və “DXR”i tanımasından sonra rəsmi Berlinin “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını bəyan edib. Almaniyanın XİN rəhbəri Annalena Berbok baş verən hadisələr fonunda bu layihənin dondurulduğunu bildirib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar