Avropada bu səbəbdən 150 mindən çox adam ölə bilər
10.08.2017 675 0.0 0

Qlobal istiləşmənin qarşısının alınması üçün zəruri addımlar atılmasa, kəskin istilər 2100-cü ilədək Avropada 152 minədək insanın ölümünə səbəb olacaq.

Məlumata görə, bu barədə Avropa Komissiyasının Tədqiqat mərkəzinin həyata keçirdiyi araşdırmada deyilir.

Bu rəqəm hazırda iqlimlə əlaqədar baş verən ölüm hallarından 50 dəfə çoxdur.

Tədqiqatda bildirilir ki, gələcəkdə iqlimlə bağlı qeydə alınacaq ölüm hallarının 99 faizi məhz isti ilə əlaqədar olacaq və ən çox Cənubi Avropanın payına düşəcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar