Avropa Parlamenti ilə Azərbaycan arasında əhatəli müqavilə hazırlanır
20.09.2016 458 0.0 0

“Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
 
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim deyib.
 
O, təmsil etdiyi qurumun ötən il qəbul etdiyi sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirib. S. Kərim hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırıb. “Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”, - deyə o vurğulayıb.
 
S. Kərim Azərbaycanla “Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını da bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar