Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirir
08.11.2016 644 0.0 0

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.
 
“Röyters”ə istinadən verilən məlumata görə, yeni sanksiyalara səbəb kimi Krım yarımadasının ilhaqı göstərilir.
 
Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı yeni fərdi sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. Slovakiya maliyyə naziri Peter Kazimir bildirib ki, müvafiq qərar Ukraynanın ərazi bütövlüyünə zərbə vuran addımlara qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində qəbul olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar