Avropa Azərbaycanı belə vurmağa çalışır
22.04.2015 674 0.0 0

"Azərbaycanı korrupsiyada günahlandıran Avropa ölkələri öhdəsindən gələ bilmədikləri məsələləri ört-basdır etmək üçün Azərbaycanı hədəf seçib istiqaməti dəyişməyə çalışırlar".

Məlumata görə, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. 

"Azərbaycan" qəzetində "Korrupsiya çamuruna bulaşanlar" adlı yazıda bildirilir ki, Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbir ərəfəsində "aktivləşən", köhnə ssenarilərini yenidən dövriyyəyə buraxan antiazərbaycançı şəbəkə 1-ci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı yeni çirkin kampaniyaya başlayıb. 

Deputatın söyləyib ki, gah Azərbaycanda insan hüquqlarının pozulduğunu, gah da küçə heyvanlarına qarşı arzuolunmaz tədbirlərin həyata keçirildiyini uyduran bəzi Qərb dairələri son günlər guya korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın zəif fəaliyyət göstərdiyini ortaya atıblar. Onlara iddia etdikləri məsələlərə real və faktlar əsasında tutarlı cavablar verildikdən sonra yeni məkrli plan axtarışına çıxırlar.

Qəzet yazır: "Həmin siyasi dairələr, bəzi böyük biznes strukturları əldə etdikləri gəlirləri qeyri-leqal yollarla təmin etdikləri üçün Azərbaycanın tutduğu yolu bəyənmirlər və buna görə də müxtəlif çirkin kampaniyalar həyata keçirməyə çalışırlar. Hansısa korrupsiyalaşmış bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan demokratiya yolunda inamla addımlayır və ölkəmizdə söz azadlığı, insan haqları yüksək səviyyədə qorunur."/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar