ATV-nin əməkdaşları ağır qəzaya düşüb-Avtomobil körpüdən suya aşdı
14.03.2016 1152 0.0 0

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb. Məlumata görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.  
 
ATV telekanalından faktı  təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs  Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.
"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar