ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada görüşəcək
02.04.2016 514 0.0 0

 ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik həmsədrlərin gələn həftə Avstriyanın paytaxtı Vyanada toplaşacaqlarını təsdiqləyib.
 
APA-nın məlumatına görə, C. Uorlik bu barədə Twitter hesabında yazıb.
 
Amerikalı həmsədr qeyd edib ki, görüş aprelin 4-də baş tutacaq.
 
O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gərginliyin artması müzakirə olunacaq.
 
13:24
 
ATƏT-in Minsk Qrupu gələn həftə Vyanada iclas keçirəcək.
 
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
 
Toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq. "Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr "üçlüyü" (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər", - deyə agentliyin həmsöhbəti bildirib.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar