Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə işin icraatı dayandırılıb
25.04.2016 600 0.0 0

Bu gün Nəsimi rayonu Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Q. Məhərrəmlinin vəkili çıxış edərək bildirib ki, Yasamal rayon Məhkəməsində A. Alışanovun Qulu Məhərrəmliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilir və həmin prosesdə iş üzrə linqvistik ekspertizanın keçirilməsi qərara alınıb. Vəkil Yasamal rayon Məhkəməsi həmin iddia ilə bağlı qərar qəbul edənə qədər Nəsimi rayon Məhkəməsində olan işin icraatının dayandırılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

 

Qeyd edək ki, A. Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. A. Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib. Bundan əlavə, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək  Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar