Arda Turanın evinə basqın olub
21.06.2016 781 0.0 0

Futbol üzrə Türkiyə millisinin kapitanı Arda Turanın İspaniyanın Barselona şəhərindəki evinə naməlum şəxslər basqın edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə yığması Fransada keçirilən Avropa çempionatındakı qarşılaşmada İspaniyaya məğlub olandan sonra Arda Turan ictimai qınaq obyektindədir.

İspaniya ilə oyunda fitə basılan ulduz oyunçunun Barselonadakı evinin yumurtaya tutulduğu barədə xəbər yaylılıb.

Qeyd edək ki, həmin oyunda Türkiyə İspaniyaya 0:3 hesabı ilə məğlub olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar