Araz Əlizadə foto göndərdi; İqbal Ağazadə «şər» adlandırdı - Şok İttiham
06.10.2015 714 0.0 0

Dünən yayılan xəbərə görə, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, “Ümid” partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazıb. 

Qazeta.info bildirir ki, O, bu barədə Etatist.com-a bildirdi ki, İqbal Ağazadə vaxtından əvvəl kampaniyaya başlayıb, asfalt çəkir və uşaq yelləncəkləri düzəltdirir:

"Bu bilirsiniz ki, qanuna tam ziddir. Bunlar hamısı əslində bələdiyyənin işləridir. Əgər bu işləri görmək istəyirsə, getsin bələdiyyəyə namizədliyini versin. Bu seçicini satın almaq cəhdidir. Ona görə də mənim səlahiyyətli nümayəndəm Günel Babayeva bunların hamısını aktlaşdıraraq DSK-ya öz şikayətini bildirib. Dünən isə bu məsələyə baxılaraq İqbal Ağazadəyə xəbərdarlıq olunub. Məsələ orasındadır ki, asfaltı çəkən zavod onun qardaşına məxsusdur. Həmin asfaltı çəkən maşınlar isə zavoda aiddir. Əgər DSK bununla bağlı qanun qəbul etməsəydi, mən şikayətimi MSK-ya bildirməli idim. MSK isə qəbul etməsə idi bu məsələni məhkəməyə verəcəkdim.Əgər bir daha qanundan kənar iş görülsə həmin şəxs seçkidən çıxarılacaqdır. Ümid edirəm ki, İqbal bəy bir daha belə səhvə yol verməz. Bizim mübarizəmiz pulun mübarizəsi və maddi imkanların mübarizəsi deyil".

Araz Əlizadə həmin ərazidə gedən işlərin fotolarını Etatist.com-a göndərib. Həmin fotoları təqdim edirik:
 Araz Əlizadə foto göndərdi; İqbal Ağazadə "şər" adlandırdı - Şok İttiham


 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Məsələ ilə bağlı Etatist.com-a açıqlama verən Millət vəkili İqbal Ağazadə bildirdi ki, Araz Əlizadənin dediyi zavod ona aid deyil:

"Məncə siz bununla bağlı DSK-ya müraciət edin. DSK bu məsələni araşdırır. Mən şər və böhtanla bağlı məsələlərə cavab vermək fikrində deyiləm. Araz Əlizadənin dediyi zavod mənə aid deyil. O, elə fikirləşir ki, şərləyib seçkini qazana biləcək".

Xatırladaq ki, Araz Əlizadə sözügedən zavodun İqbal Ağazadəyə yox, onun qardaşına məxsus olduğunu bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar