Aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb- VİDEO
20.12.2021 277 0.0 0

Özlərini dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb

Qazeta.info DİN-in mətbuat xidmətinə istinadla bildirir ki, Bakı sakinləri Arif Məmmədov və Xaliq Rəhimov Abşeron rayonu, eləcə də, paytaxt ərazisində yerləşən apteklərə girərək, özlərini nazirlik əməkdaşı kimi təqdim etməklə apteklərdən 1000 AZN pul tələb ediblər. Onların qarunsuz əməlləri Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən aptek sahiblərindən biri tərəfindən edilən şikayətdən sonra üzə çıxıb.Bu şəxslərin digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar