SABAHA HAVA MƏLUMATI
06.01.2015 680 0.0 0

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında

Yanvarın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Yanvarın 07-si axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək

Azərbaycanın rayonlarında
Yanvarın 07-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar