Aparıcı Nanə Ağamalıyeva avto qəzada dünyasını dəyişib?
12.09.2015 1392 0.0 0

Qazeta.info bildirir ki, bir neçə saat öncə tanınmış teleaparıcı Nanə Ağaməliyevanın  avtomobil qəzasında dünyasını dəyişidiyi haqda xəbər yayılıb

Bildirək ki, 7News.az -ın yaydığı məlumata görə Nanə Ağaməliyeva avtomobil qəzasında dünyasını dəyişib. Avtomobilin hansı şəraitdə qəza keçirməsi barədə heç bir məlumat verilməyib. 

 

Xatırladaq ki , yayılan məlumatlar arasında qeyd edilir ki, bəzi şahidlər Nanəni Qubada, RİXOS oteldə gördüklərini qeyd ediblər. Bəzi şahidlər isə bunu sadəcə film çəkilişi olduğunu qeyd edirlər. 

 

Bildirək ki, bununla əlaqadar ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə yaradılıb, Ölkə.Az-a açıqlamasında V.Aydınoğlu bildirib ki, onlarda bu barədə hər hansı bir məlumat yoxdur.

Eyni zamanda Dövlət Yol Polisi ilə də əlaqə saxlanılıb, onlar da bu faktı təsdiqləməyiblər.

Qeyd edək ki, 7News.az-ın yazdığına görə, teleaparıcı Nana Ağamalıyevanın telefonuna zəng olunsa da,  onun telefonuna zəng çatmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar