Antoniu Quterreş Kabildə BMT əməkdaşlarına hücumu pisləyib
25.11.2019 433 0.0 0

BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanın paytaxtı Kabil şəhərində beynəlxalq təşkilatın əməkdaşlarına nəfərin ölümü, daha 5 nəfərin xəsarət alması ilə nəticələnən hücumu pisləyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Baş katib Əfqanıstan hakimiyyətini cinayətkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün bütün səylərini ortaya qoymağa çağırır. O, BMT-nin Əfqanıstan hökumətinə, xalqının sülhə və ədalətə cəhdində kömək etməkdə sədaqətini təsdiq edib", - deyə BMT baş katibinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabilin mərkəzində BMT-nin avtomobili partladılıb. Hadisə zamanı azı 1 nəfər həlak olub. Partlayış nəticəsində həmçinin daha 5 nəfər yaralanıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar