Ankarada növbəti həbs dalğası
30.08.2016 878 0.0 0

Ankarada qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan 21 hərbi hakim və prokurordan 16-sı həbs olunub.

 

“Anadolu”ya istinadən verilən xəbərə görə, ilkin araşdırmadan sonra 5 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 2847 hakim və prokuror tutduqları vəzifələrdən kənarlaşdırılıb.

 

Ümumilikdə, Türkiyədə hərbi çevrilişin qarşısı alındıqdan sonra 40 min nəfər saxlanılıb, 20 min nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar