Ankara Rusiyadan `S-400` zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir
14.04.2017 860 0.0 0

Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir.   

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık.

 

F.İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400” sistemləri onlardan biridir”, - deyə nazir qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar