Anar Bağırov: `Azərbaycanda qadın məhkəmə sədri yoxdur`
22.12.2021 387 0.0 0

"Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur".

Bildirək ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın vəkillərin sayı 22 faizi keçmir: "Bizdə vəziyyət niyə belədir? Halbuki bütün qonşu ölkələrdə qadın vəkillərin sayı 50 faizdən çoxdur. Qadınlar irəli çəkilməlidir".

A.Bağırov ailələrdə məişət zorakılığı hallarının hələ də qaldığını bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar