Ana iki azyaşlı övladı ilə birgə `Megafun` Əyləncə Mərkəzindən itkin düşdü
06.11.2019 522 0.0 0

Bakıda ana azyaşlı övladları ilə birlikdə itkin düşüb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlizadə Lamiyə Allahverən qızı 2010-cu il təvəllüdlü oğlu Emil Məmişov və qızı, 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birlikdə oktyabrın 24-də yaşadığı evdən çıxıb "Megafun" Əyləncə Mərkəzinə gedib. L.Əlizadə əyləncə mərkəzində həyat yoldaşı ilə danışaraq paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar