Amerika jurnalistləri də dinləyib
04.07.2015 554 0.0 0

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Agentliyi Almaniyada təkcə yüksək rütbəli dövlət rəsmilərinin deyil, eyni zamanda, jurnalistlərin də telefon danışıqlarına qulaq asıb. Məlumata görə, bu barədə Almaniyanın “Şpiqel” qəzetində məqalə dərc olunub. Qəzetin məlumatına görə, məhz onların da əməkdaşları qanunsuz dinləmələrinin qurbanı olublar. Qəzet rəhbərliyi faktla bağlı Almaniyanın baş prokurorluğuna şikayət edib.
 

Bir müddət əvvəl Wikiliks saytı ABŞ Milli Təhlükəsizlik Agentliyinin Almaniya kansleri Angela Merkelin telefon danışıqlarını dinlədiyinə dair faktları ifşa etmişdi.

 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer faktla əlaqədar Amerika hökumətini izahat verməyə çağırıb. “Bu məruzələrin nə dərəcə həqiqət olduğunu müəyyən etmək üçün mükün qədər tez bir müddətdə araşdırma aparmalı, məsələni aydınlaşdırmalıyıq”. Ştaynmayer belə deyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar