AMEA prezidenti: Mətbuat Azərbaycan dilinin səlisliyinin qorunmasına fikir vermir
24.05.2017 806 0.0 0

"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir. Biz alimlərdən soruşurlar ki, siz haradasınız".

Məlumata görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib. O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır: "Azərbaycan tarixini saxtalaşdıranlara qarşı mübarizəmiz də dönməz olmalıdır". 

AMEA prezidenti qeyd edib ki, bu gün dünyada elm maliyyə axtarır: "Ancaq bizim alimlərimiz Avropa, dünya qrantları üçün müraciət etmir və qrantlardan istifadə etmir. İnstitutların direktorlarından tələb edirəm, qrant məsələsinə xüsusi diqqət yetirilməlidir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar