Almaniyada azərbaycanlıların olduğu binada baş verən yanğının səbəbləri araşdırılır
22.08.2015 455 0.0 0

Azərbaycanın Almaniyadakı səfirliyi yerli hökumət qurumları ilə birgə azərbaycanlı miqrantlar olan binada baş vermiş yanğının səbəblərini araşdırır. Qazeta.info bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, bu barədə Nazirlik tərəfindən səfirliyə tapşırıqlar verilib.

Qeyd edək ki, Almaniyada azərbaycanlı miqrantların bir qrupunun olduğu qaçqınların yaşadığı binada yanğın hadisəsi baş verib.

Hadisənin Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində baş verdiyi bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar