Tarix: 04.12.2016,   Saat: 05:56, Bazar.          

Alimlər Tarakanlar haqda: Onlar planetimiz üçün həyati əhəmiyyət daşıyırlar

Britaniya alimləri mifi dağıtdılar

Britaniya alimləri əmindirlər ki, tarakanlar bizim planetin ekosistemi üçün olduqca önəmli həşəratlardır. Xarici mediaya istinadla xəbər verilir ki, bu barədə BBC-yə alimlər özləri məlumat veriblər. Onlar bir sıra eksperimentlər aparıblar və o nəticəyə gəliblər ki, tarakanlar təbiətə ancaq xeyir gətirirlər və onun təbiətdə əvəzsiz rolu var.


Hazırda dünyada tarakanın 4,8 min növü var. Onlar Antarktida istisna olmaqla, bütün qitələrdə mövcuddurlar. Tarakanlar aşağı temperaturda qırılırlar.

Tarakanların sadəcə 30 növü insan üçün təhlükəlidir, çünki bu həşəratlar infeksion xəstəliklər yaymaq qabiliyyətinə malikdirlər. Alimlərin sözlərinə görə, tarakanlar üzvi qidalarla qidalanırlar və eyni zamanda onlar özləri də orqanik qida mənbəyi hesab olunurlar. Tarakanlar həmçinin bir çox canlı orqanizmlərin qida mənbəyidir. Bir sıra ölkələrdə hətta insanlar onlardan qida kimi istifadə edirlər. Tarakanları öyrənərkən, alimlər onlarla bağlı yayılan mifi də dağıdıblar. Tarakanların nüvə partlaması nəticəsində meydana çıxdıqları və atom partlayışından sonra yaşamağa davam etdikləri barədə miflər yalandır. Tarakanlar 50 Qrey (Gray) şüalanma dozasında ölürlər. Əlbəttə, bu insanların ölümünə səbəb olan şüalanma dozasından bir neçə dəfə artıqdır. İnsanlar üçün ölümcül şüalanma dozası 10 Qrey hesab olunur./sputnik/



  Bölmə: Maraqlı | Baxış sayı: 213 | Tarix: 28.10.2016, 14:20


Xəbərlər