Tarix: 04.12.2016,   Saat: 16:15, Bazar.          

Alimlər ölümü gördü, lentə aldı – Video

Tədqiqatçılar soxulcanın ölüm prosesini araşdırıb.

Bildirək ki, araşdırmalar nəticəsində soxulcan öldüyü zaman bədənində hüceyrələr arasında göy fluoressent dalğaların yarandığı aşkar edilib.

Ölən ayrı-ayrı hüceyrələrin yoxolma mexanizmi kifayət qədər yaxşı öyrənilib: amma ölümün bədən üzrə yayılma mexanizmi uzun müddət alimlərə qaranlıq qalıb.

Ölən soxulcanın mikroskop altında araşdırılmasından sonra məlum olub ki, ölüm göy işıq dalğaları vasitəsilə bağırsaqlara keçir.

"Plos Biloci" tədqiqat nəşrinin dərc etdiyi məlumatlara əsasən, bədxassəli şişlərin hüceyrələri (nekroz) orqanizmə kimyəvi reaksiyalar nəticəsində qəfəsdə saxlanılan kalsiumun iştirakı ilə yayılır.

Bütün əldə olunan məlumatları nəzərə alaraq, bir məşhur nəzəriyyəyə əsaslanmaqla qocalığın molekulyar qəfəsin zədələnməyə başlaması ilə gəldiyini demək mümkündür.

“Bioloji qocalma proseslərini və ölümün mahiyyətini öyrənərək biz onların necə qarşısını ala biləcəyimizi müəyyən edə bilərik”, – professor Ceyms deyir./axar.az/

 



  Bölmə: Maraqlı | Baxış sayı: 5872 | Tarix: 18.11.2016, 01:33


Xəbərlər