Akif Çovdarovun həbs müddəti uzadılıb
04.03.2016 572 0.0 0

Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
Məlumata görə, Səbail rayon Məhkəməsinin A. Çovdarovun həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.
 
Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilərək barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar