Ailə qurmaq istəyənlər «ASAN»a müraciət edəcəklər
04.08.2015 553 0.0 0

Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. 

Qazeta.info “ASAN xidmət” mərkəzinin məlumatına əsasən bildirir ki, Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər aşağıdakılardır:

-           Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

-           Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar