Aİ və `Şərq Tərəfdaşlığı` ölkələrinin XİN başçılarının görüşü başa çatıb - VİDEO - YENİLƏNİB
13.05.2019 86 0.0 0

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin və "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü başa çatıb.

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, iclas mətbuata qapalı şəraitdə keçirilib. 

Görüşün yekununda Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları birgə fotoşəkil çəkdiriblər. 

Xatırladaq ki, "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş ikigünlük tədbir sabah Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi yüksək səviyyəli konfrans ilə davam edəcək.

 

XXXXX

 

Bu gün Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbir start götürəcək.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, Belçikanın paytaxtında Avropa İttifaqı (Aİ) və "Şərq tərəfdaşlığı" proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin iclası baş tutacaq.

İclasa Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini sədrlik edəcək. Tədbir zamanı iştirakçılar "Şərq tərəfdaşlığı" proqramının reallaşdırılmasını müzakirə edəcəklər.

Mayın 13-ü axşam Avropa Şurasının sədri Donald Tusk "Şərq tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək. Qəbulda həmçinin proqramın təşəbbüskarı olan Polşa və İsveçin keçmiş xarici işlər nazirləri Radoslav Sikorski və Karl Bildt də iştirak edəcək.

Bundan əlavə Brüsselin "Bozar" incəsənət mərkəzində konsert proqramı olacaq. Burada Brüsselin caz orkestri və "Şərq tərəfdaşlığı" ölkələrindən musiqiçilər çıxış edəcəklər.

Mayın 14-də Avropa Komissiyasının (AK) binasında AK rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçiriləcək. Konfransda "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

 


Digər xəbərlər:
Şərhlər
avatar