Ağır yol qəzasında ər və arvad ölüb
15.08.2016 580 0.0 0

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in saytına istinadən verilən məlumata görə, avqustun 14-də saat 18 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Aysel Əliyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Cavid Əmirxanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Əliyeva hadisə yerində, sərnişini - həyat yoldaşı Elşən Əliyev isə xəstəxanada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Şərhlər
avatar