Ağır yol qəzası baş verib - 3 nəfər ölüb 4 yaralı
31.10.2016 799 0.0 0

Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

 

APA-nın verdiyi xəbərə görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.

 

Ölən digər iki nəfərin  şəxsiyyəti müəyyənləşdirilir. 

 

***

 

21:51

 

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

 

APA-nın xəbərə görə, ilkin məlumata əsasən,  “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb. 

 

Xəsarət alanlar "Mercedes"-də olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

 

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar