Ağır yol qəzası baş verdi- ölən və yaralananlar var - SİYAHI
10.04.2018 1573 0.0 0

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Məlumata görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz  Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisə nəticəsində iki nəfər - Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar