Ağır yol qəzası
09.05.2015 747 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki,  nazirliyin qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar