Ağır yol nəqliyyat hadisəsi baş verib-1 nəfər ölüb, 5 nəfər yaralanıb
18.02.2016 640 0.0 0

Bu gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Gəndob- Yalama yolunun 31 km-də Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
"27 BN 917" dövlət nömrə nişanlı VAZ 21 09, "27 BF 054" dövlət qeydiyyatlı VAZ 2106- la "10 GD 313"  nömrə nişanlı KİA avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb , 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar aparılır. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar