Ağır yol nəqliyyat hadisəsi baş verib
10.09.2015 569 0.0 0
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

Məlumata görə, hadisə sentyabrın 9-dan 10-a keçən gecə  şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü  Ramin Qiyaməddin oğlu Məmmədlinin idarə etdiyi "Opel Astra" markalı,  "99 HC 226" dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbənin təsirindən sürücü oturduğu yerdən qoparaq idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb. Onu xəstəxanaya apararkən yarıyolda dünyasını dəyişib.

 

Avtomobilin yaralanmış sərnişini, 25 yaşlı Rasim Umudov isə xəstəxanaya yerləşib. 

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar