Ağdamda ermənilərin atıb qaçdığı fosforlu mərmilər tapıldı - FOTO
20.11.2021 400 0.0 0

Ağdamın azad olunmasından sonra, rayonda təhlükəsizlik tədbirləri davam etdirilir. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də bu tədbirlər çərçivəsində genişmiqyaslı işlər görülür.

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, İşğaldan azad edilmiş ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar edilib. Tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib. Eyni zamanda ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar