Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət verilib - VİDEO
10.03.2022 636 0.0 0

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Məlumata görə, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.

Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Müğənni ötən həftə məhkəmədə ifadə verib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar