Abşeronda evdə baş verən yanğında bir nəfər yanaraq ölüb
11.11.2017 602 0.0 0

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti  aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar