Abşeronda 15 yaşlı oğlan atasından icazəsiz evdən 12 min manat götürərək xərcləyib
02.02.2017 1166 0.0 0

Evindən pul oğurlanması ilə bağlı polisə müraciət edən Abşeron rayon sakinin pulunun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verilir ki, Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlandığını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar