ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
10.05.2017 729 0.0 0

ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.Məlumata görə, bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.
 
“Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib.   
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar