ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı səylərini əlaqələndirəcəklər
21.05.2017 666 0.0 0

ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı mövqelərini və bütün səylərini sıx şəkildə əlaqələndirəcəklər.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

 

“Biz İrana, xüsusən, ekstremizm, ekstremizmin ixracı, əcnəbi terrorçuların və silahlı dəstələrin dəstəklənməsinə qarşı yönələn səylərimizi sıx şəkildə əlaqələndiririk. İran onlara Yəmən, İraq və Suriyada dəstəkləyir”, - deyə Tillerson Ər Riyadda Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi mətbuat konfransında bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar