ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb
13.10.2017 792 0.0 0

Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   

 

“Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison “Washington Post” nəşrinə müsahibəsində bildirib.  

 

Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

 

“ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar