ABŞ təkmilləşdirilmiş nüvə bombalarını sınaqdan keçirib
07.10.2016 528 0.0 0

ABŞ oktyabr ayı ərzində iki dəfə döyüş başlıqsız “B-61” təkmilləşdirilmiş idarə olunan nüvə bombalarını sınaqdan keçirib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) açıqlamasında bildirilir.  

 

Sınaq çərçivəsində “B-2 Spirit” strateji bombardmançı təyyarələrindən “B61-7” və  “B61-11” sursatlarının buraxılışı həyata keçirilib. Bombaların üzərində quraşdırılan telemetrik cihazlar sınaqların uğurlu keçdiyini qeydə alıb.

 

Qeyd edək ki,  “В61” nüvə bombasının yeni modifikasiyası ABŞ ordusunun arsenalına 2020-ci ildən daxil ediləcək. Onun istehsalı ilə bağlı hazırlıq işlərinə bu ilin avqustunda start verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar