ABŞ Suriyanın 270-dən çox aliminə qarşı sanksiya tətbiq edib
25.04.2017 620 0.0 0

 Birləşmiş Ştatlar İdlib şəhərinə "kimyəvi hücum"a görə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qadağalar Suriya ordusunun Xan-Şeyxun yaşayış məntəqəsində "tətbiq etdiyi kimyəvi silah"ın istehsal olunduğu elmi-tədqiqat mərkəzinin 271 əməkdaşına şamil edilib.
İdlib şəhərinə "kimyəvi hücum" aprelin 4-də baş verib. Hadisədə Suriya hökuməti ittiham olunsa da, bununla bağlı heç bir dəlil gətirilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar