ABŞ səfirliyi Azərbaycanda siyasətçiləri dinləmə iddiasına münasibət bildirdi
25.02.2015 1086 0.0 0
 
“Bu iddialar tamamilə əsassızdır”.

 

 

 

Bu barədə   ABŞ-ın Azərbaycandakı səfirliyindən AXCP sədrinin sabiq müavini,  bu günlərdə partiyadan istefa vermiş Razi Nurullayevin iddialarına münasibət bildirilərkən deyilib. 

 

Qeyd olunub ki, səfirlik müxtəlif siyasi partiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçirir. 

Bildirək  ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, partiyadan istefa verən Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında istefa verdiyi gün Ə.Kərimli ilə aralarında olan dialoqu  açıqlayıb: “Əli Kərimli məni evinə dəvət etdi. Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Dedi ki, ABŞ və Böyük Britaniya səfirliyi ona fakt təqdim etdilər ki, mən dövlətə satılmışam. Demək, ABŞ və Böyük Britaniya səfirliyində ölkəni dinləmə aparatı quraşdırılıb. Necə ola bilər ki, səfirlik məni izləyib və Əli Kərimliyə belə hesabat verib? Əslində isə mənim ABŞ və Böyük Britaniya səfirliyi ilə çox yaxşı münasibətim olub. Əli Kərimli mənə dedi ki, məni azad edəndən sonra ABŞ səfirliyində görüşə gedəcək və həmin gün də orda olub. Mən satqınlıq məfhumunu qəbul etmirəm”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar