ABŞ səfiri: `Dağlıq Qarabağ problemi çox uzandı`
09.03.2017 952 0.0 0

“Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”.
 
Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.
 
“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, - deyə o bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar