ABŞ rəsmisi: «İranla bağlı vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil»
23.07.2015 568 0.0 0
“İranın nüvə proqramına dair imzalanan sənəd tarixi sənəddir”.

 

Xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq: “Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər”. 

 

ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil: “Sözsüz ki, iqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar