ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib
04.02.2016 361 0.0 0

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın şəxsi təyyarəsi Tennesi ştatının Neşvil aeroportuna təcili eniş edib.
 
APA-nın “BNO News”-a istinadən verdiyi məlumata görə, insident fevralın 3-də baş verib.
 
Məlumatda bildirilir ki, seçkiqabağı mitinqdə iştirak etmək üçün Ayova ştatından Arkanzasa uçan siyasətçi yola başqa təyyarə ilə davam etmək məcburiyyətində qalıb. Bununla belə, o, görüşə 2 saat gecikib.
 
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar