ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq
04.01.2017 981 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə təyin etdiyi Reks Tillerson əvvəlki iş yerindən – “ExxonMobil” şirkətindən 180 mln. dollar alacaq. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, R.Tillerson bundan əvvəl ABŞ-ın və dünyanın aparıcı neft şirkətlərindən biri olan “Exxon Mobil”in Direktorlar Şurasının (DŞ) sədri olub. O, dövlət işinə keçməsi ilə əlaqədar şirkətdəki vəzifəsindən istefa verib və 41 illik iş yerindən ayrılıb. 

“ExxonMobil”in R.Tillersona ödəmək istədəyi məbləğ vaxtilə ona pensiya çıxacağı halda vəd edilmiş məbləğdən cəmi 7 mln. dollar azdır. Bu arada sabiq DŞ sədri həmçinin yaxın 3 il ərzində ona ödənilməsi nəzərdə tutulan 4,1 mln. dollar bonusdan imtina edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar