ABŞ-ın nüvə silahı qorxusu, Pentaqon həyəcan təbili çalır
10.04.2015 655 0.0 0

Şimali Koreya nüvə başlığı daşıya bilən KN-08 ballistik raketlərinin yeni nəslini hazırlayıb.

Məlumata görə, bu barədə ABŞ-ın Şimal Komandanlığının komandiri, admiral Bill Qotney açıqlama verib.

Onun sözlərinə görə, Şimali Koreya ABŞ-a nüvə hücumları həyata keçirə biləcək qitələrarası ballistik raketlərə sahibdir.

Admiral həyəcan təbili çalaraq bildirib ki, ABŞ təcili şəkildə bu raketlərə qarşı tədbirlər görməlidir: "Şimali Koreyanın nüvə silahları ilə bağlı fəaliyyətləri yaxından izlənməlidir. Bu nüvə başlıqlı raketləri ABŞ-da hədəfləri dəqiqliklə vura bilmə qabliyyyətinə malikdir", - deyə amerikalı admiral bildirib.

Qeyd edək ki, Şimali Koreya 2006-cı ildən bu yana nüvə silahları üzərində işlər aparır və bu günə qədər 3 atom bombası sınağı həyata keçirdiyi bildirilir. KN-08 ballistik raketlərinin isə 2012-ci ildə rəsmi şəkildə təqdimatı olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar