ABŞ-ın dövlət katibi: `Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək`
05.03.2022 276 0.0 0

“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.

UNİAN-a istinadən xəbər verilir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.

“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - o bildirib.

ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar